• Bakı 26° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8337

    RUB - 0.0192

Abid Şərifovun kürəkəninin yerinə o təyin edildi

CƏMİYYƏT

02 Iyul 2024 | 18:10

Abid Şərifovun kürəkəninin yerinə o təyin edildi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyin edilib.

Bakıvaxtı.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında sözügedən vəzifəyə rəis əvəzi Fariz Natiq oğlu Əliyev gətirilib.

Qeyd edək ki, Fariz Əliyev həmçinin sözügedən müəssisənin rəis müavinidir.

Xatırladaq ki, 6 saylı cəzaçəkmə müəssisəsinin təqaüdə göndərilən sabiq rəisi Məmməd Mahmudov baş nazirin sabiq müavini Abid Şərifovun kürəkənidir.


SON XƏBƏRLƏR