• Bakı 26° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.8337

    RUB - 0.0192

Dəhşətli istilərin gətirdiyi bəla: Xərçəng riski artır

CƏMİYYƏT

02 Iyul 2024 | 21:26

Dəhşətli istilərin gətirdiyi bəla: Xərçəng riski artır

Türkiyənin Səhiyyə Nazirliyi vətəndaşlara günəşin zərərli təsirlərindən qorunmaq barədə xəbərdarlıq edib. Nazirlik son illər pisləşən ətraf mühit faktorlarının təsiri ilə dəri xərçənglərində artım ola biləcəyi bildirilib. 

Bakıvaxtı.az xəbər verir ki, Səhiyyə Nazirliyi rəsmilərindən alınan məlumata görə, dəri xərçəngi üç əsas növdə müşahidə olunur: Bazal hüceyrəli karsinoma (BCC), skuamöz hüceyrəli karsinoma (SHC) və melanoma. 

BCC və SHK dəri xərçənginin ən çox yayılmış növləridir və adətən günəşə məruz qalan yerlərdə müşahidə olunur. Melanoma isə dəri xərçənginin ən təhlükəli növü kimi tanınır. 

Dəri xərçəngində erkən diaqnoz çox vacibdir. Səhiyyə Nazirliyi dərini mütəmadi olaraq yoxlamaq vərdişini inkişaf etdirməyi tövsiyə edir. Dəridə yeni ləkələr, mövcud çillərdə və ya xallarda  dəyişiklik aşkar edildikdə dərhal həkimə müraciət edilməlidir.

Səhiyyə Nazirliyi dəri xərçəngindən qorunmaq üçün bir sıra tədbirlər görülməli olduğunu bildirib:

"Günəşə məruz qalma müddətini azaldın: Günəşin pik saatlarında (11.00-15.00) çöldə olmaqdan çəkinin. Günəşdən qoruyucu kremlərdən istifadə edin. Günəşə çıxmadan 30 dəqiqə əvvəl açıq dəri bölgələrinə günəşdən qoruyucu krem çəkin və hər 2-3 saatdan bir yeniləyin. Qoruyucu geyimlərdən istifadə edin, sıx toxunmuş paltarlar, geniş kənarlı papaqlar və UV şüalarından qoruyan eynək taxaraq qoruyun. Kölgədə qalın. Kölgə günəşdən qorunmağın ən sadə və təsirli üsullarından biridir". 

Qeyd edək ki, son vaxtlar Azərbaycanda da havanın temperaturu yüksəlib. İyul və avqust aylarında temperaturun normadan artıq olaacağı gözlənilir. Azərbaycan əhalisinin də dəhşətli istilərin törədə biləcəyi risklərdən qorunmaq üçün bu tövsiyələrə əməl etməsi vacibdir. /yenisabah


SON XƏBƏRLƏR

04 Iyul 2024