• Bakı 25° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Mahir Emreli bu klubun düşərgəsindədir – Anası açıqladı

İDMAN

02 Iyul 2024 | 19:02 | Müəllif: Subhan Mahmudov

Mahir Emreli bu klubun düşərgəsindədir – Anası açıqladı

Bir neçə gün öncə Bodrumda istirahət edən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin sosial şəbəkədəki paylaşımı diqqətimizi çəkdi.

Sonuncu dəfə futbolçunun anası Elnurə xanımla əlaqə saxlayanda bildirmişdi ki, iyunun 29-dan sonra "Dinamo"nun düşərgəsinə qoşulacaq. Lakin Emrelinin paylaşı sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. Görəsən, Mahir "Dinamo"nun düşərgəsinə qoşulmayıb? Sualımızı Elnurə Emreliyə ünvanladıq.

Bakıvaxtı.az bildirir ki, Mahirin anası Offsideplus.az-a məsələ ilə bağlı açıqlamasında bunları söylədi:

"Oğlum iyunun 29-dan "Dinamo"nun düşərgəsindədir. Həmin paylaşım köhnə şəkildir. Mahir "Dinamo"nun üzvüdür. Başqa kluba keçidi ilə bağlı hansısa məlumat yoxdur".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026