• Bakı 29° C

    2.71 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Azərbaycan Hindistana başsağlığı verdi

SİYASƏT

03 Iyul 2024 | 09:19

Azərbaycan Hindistana başsağlığı verdi

Azərbaycanın Hindistandakı səfirliyi Yeni Dehliyə başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.

“Azərbaycanın Hindistandakı səfirliyi Hathrasda çoxlu sayda insanın faciəvi şəkildə həlak olmasından dərin kədər hissi keçirir. Biz Hindistan hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”, – məlumatda bildirilib.

Xatırladaq ki, Hindistanın Uttar Pradeş ştatında dini ibadətgahda ayin zamanı baş verən izdihamda ölənlərin sayı 116-ya çatıb.


SON XƏBƏRLƏR