• Bakı 26° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8337

    RUB - 0.0192

Fransada 218 iddiaçı deputatlığa namizədliyini geri götürüb

DÜNYA

02 Iyul 2024 | 21:33

Fransada 218 iddiaçı deputatlığa namizədliyini geri götürüb

Fransada növbədənkənar parlament seçkilərinin ikinci turuna keçən iddialılardan 218-i öz namizədliyini geri götürüb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Le Monde” nəşri yayıb.

Qeyd edilir ki, sözügedən namizədlərin bu addımının səbəbi növbədənkənar parlament seçkilərinin ikinci turunda Jordan Bardella və Marin Le Penin lideri olduğu sağçı qüvvələrin qalib gəlməyinə mane olmaqdır.

Məlumata əsasən, seçkidə iştirakını dayandıran namizədlərdən bununla bağlı qərarlarını iyulun 2-si saat 20:00-a qədər təsdiqləmələri tələb edilirdi.


SON XƏBƏRLƏR