• Bakı 18° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 2.0021

    RUB - 2.0531

Lavrov Yaxın Şərq ölkələrinə çağırış etdi

DÜNYA

01 Avqust 2024 | 20:46

Lavrov Yaxın Şərq ölkələrinə çağırış etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri Kani ilə telefon danışığında Qəzzada və bütövlükdə Yaxın Şərqdə vəziyyətə təsir göstərə bilən bütün tərəfləri sabitliyin pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını almağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Lavrov istisnasız olaraq Qəzzada və bütövlükdə Yaxın Şərqdə vəziyyətə təsir edən bütün tərəfləri sabitliyin pozulmasına gətirib çıxaracaq və mülki əhali arasında yeni itkilərə səbəb ola biləcək hərəkətlərin qarşısını almağa çağırıb", - məlumatda deyilir.


SON XƏBƏRLƏR

16 Sentyabr 2025