• Bakı 27° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.8337

    RUB - 0.0192

Ermənistan müxtəlif bəhanələrlə vaxtı uzadır: Qalıcı sülh üçün nə etmək lazımdır?

SİYASƏT

02 Iyul 2024 | 15:47

Ermənistan müxtəlif bəhanələrlə vaxtı uzadır: Qalıcı sülh üçün nə etmək lazımdır?

 Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən Ermənistanla sülh prosesindən danışıb.

Dövlətimizin başçısı vurğulayıb ki, hazırda ikitərəfli səviyyədə daha yaxşı nəticələr görünür. Ölkə rəhbəri bəyan edib ki, kiminsə tərəfindən bu prosesə müdaxilə yoxdur:

“Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində razılıqlara gələ bilirik. Düzdür, hələ sülh müqaviləsi imzalanmayıb, lakin artıq sərhədlərin delimitasiyasına nail olunub”.

Prezident onu da qeyd edib ki, Ermənistanla sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik:

"Bununla yanaşı, hesab edirik ki, danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyirik. Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”.

Dövlət başçısı qeyd edib ki, bu, onların konstitusiyaya dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq:

"Ermənistan 28 illik bir dövrdə beynəlxalq hüququn fundamental prinsipləri ilə razılaşmaq istəmədi. Onlar bütün humanitar qanunları pozdular, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrinə məhəl qoymadılar. Heç kim onlara zərrə qədər də irad tutmurdu". Dövlət başçısı bildirib ki, münaqişə barədə danışan bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyünə sadiqlik bəyan etmirdilər".

Azad Vətən Partiyasının sədri Akif Nağı Bakıvaxt.az-a deyib ki, Ermənistan hökuməti nə qədər görüntü yaratmağa çalışda sa, əsas məqsədi Azərbaycanla sülhü tez zamanda imzalamaq deyil.

Onun sözlərinə görə, İrəvan hakimiyyətinin rəsmilərinin müxtəlif bəyanatları da göstərir ki, Ermənistan müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışır:

"Hər iki tərəf bəyan edib ki, ortada sülh müqaviləsini əks etdirən konkret mətn var və artıq 10-cu dəfədir bu sənəd Bakı-İrəvan arasında gedib-gəlməkdədir. Müzakirələr də məhz bu sənəd ətrafında gedir. Azərbaycan əsas prinsiplər əsasında öz şərtlərini irəli sürüb və tez zamanda sülh müqaviləsini imzalamağa hazır olduğunu açıqlayıb. Ermənistan tərəfi isə sülh layihəsinə öz əlavələrini etməyə çalışır, mövqelərini sülh sənədində əks etdirməyə səy göstərir. Halbuki, qalıcı sülh sazişinə imza atılması üçün əsas şərt və tələblər məhz Ermənistan qarşısına qoyulub”.

Müsahibimiz qeyd edib ki, yekun sülh müqaviləsinin bağlanması üçün Ermənistan mövcud konstitusiyasında dəyişiklik etməlidir. Görünür, diqqəti bu məsələdən yayındırmaq üçün mütəmadi "təkliflər" irəli sürürlər. Onun fikrincə, Baş nazir Nikol Paşinyanın sərhədlərdə "ikitərəfli mexanizm" təklifi də bu məqsədlə ortaya atılıb.

Akif Nağı: Sülh müqaviləsini əks etdirən  sənəd 10-cu dəfədir Bakı-İrəvan arasında gedib-gəlməkdədir

A.Nağı əlavə edib ki, Avropa Birliyi özlərinə sərf etdiyi üçün, öz maraqlarını təmin etmək məqsədi ilə dərhal Paşinyanın mənasız təklifini alqışlayır:

"Bununla Aİ-nin Ermənistandakı missiyasının fəaliyyət bölgəsini bir qədər də genişləndirmək, şərti sərhədlərə daha çox hərbçi gətirmək planlayırlar. Şərti sərhədlərdə təxribata əl atan birmənalı Ermənistan silahlılarıdır. Həmin güclərin Paşinyana tabe olub-olmaması isə İrəvan hökumətinin problemidir. Missiya bunun nəyini araşdıracaq?! Ermənistan dövlət kimi öz funksiyasını yerinə yetirə bilmir. Baş nazir təxribatların məsuliyyətini Azərbaycanla bölüşmək niyyəti güdür".

Aydın Baxış


SON XƏBƏRLƏR