• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Deputatlığa iddialıların NƏZƏRİNƏ: Müddət BAŞA ÇATIR

SİYASƏT

01 Avqust 2024 | 08:45 | Müəllif: Qalib İbrahimoğlu

Deputatlığa iddialıların NƏZƏRİNƏ: Müddət BAŞA ÇATIR

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət sabah başa çatır.

Bakıvaxtı.az-ın məlumatına görə, Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddələrinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir.

    Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2024-cü il iyulun 13-dən 2024-cü il avqustun 2-si saat 18:00-dək olan dövrü əhatə edir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    15 Noyabr 2026
    14 Noyabr 2026