• Bakı 27° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.8337

    RUB - 0.0192

Kadırov əmisi oğluna yüksək vəzifə verdi

 

DÜNYA

02 Iyul 2024 | 17:47

Kadırov əmisi oğluna yüksək vəzifə verdi 

Rusiyanın Çeçenistan muxtar respublikasının rəhbəri Ramzan Kadırov əmisi oğlu Həmzət Kadırovu Çeçenistan Şurasının katibi təyin edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ramzan Kadırov Telegram kanalında bildirib.

O, həmçinin Çeçenistan muxtar respublikasında bir sıra yeni təyinatlar edib və bu barədə Teleqram mesajında ​​ictimaiyyətə məlumat verib.

Çeçenistan rəhbəri ümid etdiyini bildirib ki, yeni məmurlar və əmisi oğlu rəhbər vəzifələrdə işləmək üçün zəngin təcrübə və biliyə malik olduqları üçün onlara verilən tapşırıqları layiqincə yerinə yetirə biləcəklər.

Həmzət Kadırov bundan əvvəl Ramzan Kadırovun müşaviri vəzifəsini tutub. 


SON XƏBƏRLƏR