Parisdə Oyunların keçirildiyi Olimpiya kəndində idmançılar yenidən qarət edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Valeurs”un jurnalisti Amauri Brelet “X” sosial şəbəkəsində məlumat verib.
Məlumata görə, Slovakiya millisinin velosipedçilərinə məxsus avadanlıqlar oğurlanıb.
Belə ki, on təkər, ehtiyat hissələri və bir neçə sürət dəyişdiricisi oğurlanıb və dəymiş ziyan 2300 avro təşkil edir.
Mina Mikayılova