• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Elektrikli "Range Rover"in kamuflyajsız fotoşəkilləri yayımlanıb

DÜNYA

31 Avqust 2024 | 14:37 | Müəllif: Gülşən Şərif

Elektrikli "Range Rover"in kamuflyajsız fotoşəkilləri yayımlanıb

Britaniyanın "Land Rover" şirkəti Avropanın yollarında "Range Rover" modelinin elektrikli modifikasiyasının prototipini kamuflyajsız sınaqdan keçirir.

Bakıvaxtı.az bu barədə Auto.ru-ya istinadən xəbər verib.

Fotolara əsasən, xarici görünüşünə görə o, benzin versiyasından yalnız cüzi dizayn detalları ilə fərqlənəcək.

Prototipində görünən eksteryer təkmilləşdirmələri yalnız işlənmiş qazburaxma sisteminin borusunun olmaması və orijinal radiator barmaqlığı ilə məhdudlaşır.

Bundan əlavə, "Range Rover" qeyri-adi dərəcədə kompakt təkər diskləri ilə təchiz edilib, lakin gələcəkdə elektromobili daha böyük, lakin yüngülləşdirilmiş disklər və xüsusi hazırlanmış "Pirelli" şinləri ilə təchiz ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026