• Bakı 20° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

İsrail ordusu Mahir Əsədin başçılıq etdiyi diviziyanın qərargahını bombalayıb

DÜNYA

30 Sentyabr 2024 | 10:30

İsrail ordusu Mahir Əsədin başçılıq etdiyi diviziyanın qərargahını bombalayıb

İsrail Müdafiə Ordusunun Hava Qüvvələri Suriya prezidenti Bəşşar Əsədin qardaşı Mahir Əsədin komandalıq etdiyi Suriya ordusunun 4-cü diviziyasının qərargahını bombalayıb.

Bakıvaxtı.az “newsru.co.il”ə istinadən xəbər verir ki, məlumatı Suriya İnsan Hüquqları uğrunda Monitorinq (“The Syrian Observatory for Human Rights” -SOHR) yayıb.

İsrail rəsmiləri və Suriyadakı Bəşşar Əsəd hakimiyyəti hadisə ilə bağlı şərh yaymayıb.

Məlumata görə, bu qərargaha Livan “Hizbullah”ı və İran İnqilab Keşikçiləri Qvardiyasının liderləri tez-tez baş çəkirlər.

Bildirilib ki, bu, Mahir Əsədə xəbərdarlıqdır. İnformasiyaya əsasən, 4-cü diviziya Livana silah-sursat göndərir. Mahir Əsəd İsrail Müdafiə Ordusunun hədəf bankındadır. Bombalanma zamanı o, qərargahda olub.

Mahir Əsəd 2018-ci ildə İsrailin Suriyada hədəflərə zərbə endirməsi nəticəsində yaralanıb.

General-mayor Mahir Əsəd Suriyanın keçmiş prezidenti Hafiz Əsədin kiçik oğludur. O, Ərəb Respublikasının qvardiyasına və 4-cü elit zirehli tank diviziyasına komandanlıq edir.


SON XƏBƏRLƏR

29 Sentyabr 2024