• Bakı 16° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8386

    RUB - 0.0174

Ukrayna parlamenti hərbi vəziyyət və səfərbərliyin müddətini uzadıb

DÜNYA

30 Oktyabr 2024 | 12:15

Ukrayna parlamenti hərbi vəziyyət və səfərbərliyin müddətini uzadıb

Ukrayna Ali Radası (VRU) ölkədə noyabrın 10-da başa çatan hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün uzadılmasına dair qanun layihələrini təsdiqləyib. 

Bakıvaxtı.az "Reuters"ə istindən xəbər verir ki, bu barədə parlamentari Aleksey Qonçarenko "Telegram"da məlumat verib.

Onun sözlərinə görə, hər iki xüsusi hüquqi rejim 2025-ci il fevralın 7-dək qüvvədə olacaq.

Qonçarenko, ümumilikdə 1,05 milyon vətəndaşın Ukrayna Müdafiə Qüvvələrinə çağırıldığını bildirib. 

Daha 160 min nəfərin çağırılması planlaşdırılır ki, bu da bölmələri 85 faizlə təmin etməyə imkan verəcək. 

Gülşən Şərif


SON XƏBƏRLƏR