• Bakı 16° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8386

    RUB - 0.0174

Finlandiya sərhədçilərinə casusluq etməyə icazə veriləcək

DÜNYA

30 Oktyabr 2024 | 12:06

Finlandiya sərhədçilərinə casusluq etməyə icazə veriləcək

Finlandiya sərhədçilərinə insanlara casusluq etməyə və gizli kəşfiyyat aparmağa icazə veriləcək.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Finlandiyanın Daxili İşlər Nazirliyi ölkənin Sərhəd Mühafizəsinə əlavə səlahiyyətlər, o cümlədən insanlara nəzarət, gizli məlumatların toplanması və digər funksiyaların verilməsini təklif edib. 

"Gələcəkdə Sərhəd Mühafizəsi həmçinin ən azı dörd il müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutan cinayətlərin qarşısının alınması və aşkar edilməsi üçün telekommunikasiya nəzarətindən, gizli kəşfiyyat məlumatlarının toplanmasından və şəxsin texniki müşahidəsindən istifadə edə biləcək.

Bundan başqa, sərhədçilərə sərhəd təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqların yerinə yetirilməsi üçün zəruri olan məqsədyönlü kəşfiyyat fəaliyyətini həyata keçirmək hüququnun verilməsi təklif edilir", - bəyanatda vurğulanıb.

 Qeyd olunub ki, təklif olunan düzəlişlər gələn il iyunun 1-dən qüvvəyə minəcək.

Gülşən Şərif

Təklif olunan düzəlişlərin 2025-ci il iyunun 1-dən qüvvəyə minməsi planlaşdırılır.


SON XƏBƏRLƏR