• Bakı 21° C

    4.82 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Rusiya Livana zərbələri pisləyir - Peskov

DÜNYA

30 Sentyabr 2024 | 14:00

Rusiya Livana zərbələri pisləyir - Peskov

Rusiya “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsini və Livana endirilən zərbələri pisləyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kreml bunun regionda sabitliyin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olduğunu düşünür.

“Rusiya tərəfi bu cür hərəkətləri pisləyir, onların regionda vəziyyətin əhəmiyyətli dərəcədə destabilləşməsinə səbəb olduğuna inanırıq. Başlıcası odur ki, Livanda yaşayış məhəllələrinin bu cür bombalanması çoxlu sayda insan tələfatına gətirib çıxarır. Bu, istər-istəməz Qəzzada gördüyümüz kimi humanitar fəlakətə gətirib çıxaracaq”, - deyə Kremlin sözçüsü vurğulayıb.


SON XƏBƏRLƏR