• Bakı 20° C

    3.95 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Yaponiyada növbədənkənar seçkilər keçiriləcək

DÜNYA

30 Sentyabr 2024 | 14:46

Yaponiyada növbədənkənar seçkilər keçiriləcək

Yaponiyada hakim Liberal Demokrat Partiyasının (LDP) prezidenti seçilən və baş nazir postunu tutması gözlənilən İşiba Şiqeru oktyabrın 27-də növbədənkənar ümumi seçkilərin keçiriləcəyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, LDP-nin keçmiş lideri və Yaponiyanın baş naziri Kişida Fumionun siyasi ianə fondu qalmaqalına görə avqustun 14-də istefa verəcəyini açıqlamasından sonra keçirilən qurultayda seçilən İşiba ilk siyasi sınağına hazırlaşır.

Ötən həftə keçirilən seçkili qurultayda LDP lideri seçilən İşiba parlament iclasından əvvəl keçirdiyi mətbuat konfransında ölkədə parlamentin buraxılacağını və oktyabrın 27-də növbədənkənar ümumi seçkilərin keçiriləcəyini açıqlayıb:

"Yeni administrasiyanın mümkün qədər tez xalqın arbitrajına tabe olması vacibdir" deyən İşiba sabahkı parlament iclasından sonra qurulacaq hökumət üçün seçkinin ən tez zamanda baş tutmasının vacibliyini vurğulayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR