• Bakı 20° C

    3.95 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Türkiyə qəhvədən 154,7 milyon dollar gəlir əldə edib

İQTİSADİYYAT

30 Sentyabr 2024 | 17:55

Türkiyə qəhvədən 154,7 milyon dollar gəlir əldə edib

Türkiyənin qəhvə ixracı 2020-2024-cü ilin avqust aylarını əhatə edən təxminən 5 ildə 154 milyon 690 min 881 dollar olub.

Bakıvaxtı.az "Cumhuriyet"ə istinadən xəbər verir ki, bu, Türkiyə Statistika Təşkilatının Şəxsi Ticarət Sisteminin açıqladığı hesabatda yer alıb.

Hesabata əsasən, Türkiyənin qəhvə ixracı 2020-ci ildə 20,2 milyon dollar səviyyəsində olduğu halda, 2021-ci ildə 23,8 milyon dollar, 2022-ci ildə 36,5 milyon dollar və 2023-cü ildə 39,7 milyon dollara yüksəlib.

Ötən il Türkiyənin ən çox qəhvə ixrac etdiyi ölkələrə ABŞ, Hollandiya, Şimali Kipr Türk Respublikası (KKTC), Belarus və Səudiyyə Ərəbistanı daxildir. Bu müddətdə Türkiyə ümumilikdə 146 ölkəyə qəhvə ixrac edib.

Türkiyənin bu ilin 8 ayında satdığı qəhvələrə ən çox üstünlük verən ölkələr arasında isə Belarus, Şimali Kipr, Səudiyyə Ərəbistanı və Azərbaycan var.

Gülşən Şərif


SON XƏBƏRLƏR