“www.auksion.gov.az” saytının yenilənmiş versiyası ictimaiyyətə təqdim edilir.
Bakıvaxtı.az xəbər verir ki, sayt İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin rəsmi internet səhifəsidir.
Bildirilib ki, beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmış sayt şəffaflığın artırılmasına, əlçatanlığın təmin edilməsinə, rəqamsallaşmanın əhatə dairəsinin genişlənməsinə, rəqabətliliyin, istifadəçi məmnuniyyətinin artmasına töhfə vərəcək.
Qeyd olunub ki, ilk dəfə olaraq saytın istifadəçiləri “Digital login” (“Sima Rəqəmsal İmza”, “Asan İmza”, “SİMA Token (Elektron imza), “İdentifikasiya nömrəsi”, “BSXM elektron imza”) vasitəsilə saytda şəxsi kabinetini yaratmaqla, hesaba daxil olaraq hərraca çıxarılmış lotlara baxa bilərlər.
Sifarişçilər hesaba daxil olduqdan sonra prosesdə iştirak etmək üçün “Hərraca keçid” etməlidirlər.
Həmçinin başqa bir yeniliyə əsasən, sifarişçilər şəxsi kabinetləri vasitəsilə lazım olan prosedurları yerinə yetirmək, etibarnamə vermək, lotlara baxmaq, hərracda onlayn iştirak etmək, sifarişlərin gedişatını izləmək, iştirak növünü (online/offline) seçmək, qalib müəyyən olunmuş lot üzrə məlumatlarla tanış olmaq və digər xidmətlərdən yararlanacaqlar.
Mina Mikayılova