• Bakı C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.7943

    RUB - 1.5024

Türkiyənin neft idxalı azalıb

İQTİSADİYYAT

28 Noyabr 2024 | 15:48

Türkiyənin neft idxalı azalıb

 Bu ilin sentyabr ayında Türkiyənin neft və neft məhsulları idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz azalaraq 3 milyon 250 min 18 tona çatıb.

Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, bu, Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) "Neft Bazarı Sektoru Hesabatı"nda yer alıb.

Hesabata görə, Türkiyənin ümumi neft idxalının əas hissəsini təşkil edən xam neftin idxalı 43,1 faiz azalaraq 1 milyon 686 min 454-ə çatıb. İdxalın qalan hissəsini aviasiya və dəniz yanacağı, benzin və mazut növləri, digər məhsullar təşkil edib.

Ən çox xam neft və neft məhsulları idxalı 781 min 367 ton ilə Rusiyadan, 464 min 751 ton ilə İraqdan və 211 min 334 ton ilə Qazaxıstandan olub.

Gülşən Şərif


SON XƏBƏRLƏR