• Bakı 20° C

    3.95 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

ABŞ-də zəhərli yanğın: 17 min nəfər təxliyə olunub

DÜNYA

30 Sentyabr 2024 | 17:16

ABŞ-də zəhərli yanğın: 17 min nəfər təxliyə olunub

ABŞ-nin Corciya ştatında kimya fabrikində baş verən yanğın nəticəsində havaya zəhərli tüstü buludu yayılıb. 

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, səlahiyyətlilər fabrikdən yüksələn zəhərli tüstünün insan sağlamlığına çox zərər verə biləcəyini bildirərək bölgədə təxliyə işlərinə başlayıblar.

Yanmış fabrikin yerləşdiyi Rockdale rayonunun yanğınsöndürmə rəisi Marian Makdaniel bildirib ki, yanğın Conyers BioLab kimya şirkətinə bağlı bir obyektdə çiləyici başlığın nasazlığı nəticəsində baş verib.

Yanğın nəticəsində zavoda yaxın ştatlararası yollar tamamilə bağlanıb. Həmçinin xəstəxanalar və polis bölmələri istisna olmaqla, bölgədəki bütün ictimai binaların fəaliyyəti dayandırılıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR