Türkiyədə bələdiyyə sədri saxlanılıb.
Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbər verir.
Məlumata görə, Esenyurt bələdiyyəsinin sədri Prof. Dr. Əhmet Özer bu gün həyata keçirilən əməliyyatda nəzarətə alınıb.
CHP-nin Esenyurt Bələdiyyə sədri Əhməd Özer səhər saatlarında evində saxlanılıb. Özerin evində və bələdiyyə binasında axtarış aparılıb.
İstanbul Respublika Prokurorluğu PKK/KCK terror təşkilatının üzvlərinin və fəaliyyətlərinin müəyyən edilməsi istiqamətində aparılan araşdırmalar çərçivəsində Esenyurt bələdiyyəsinin sədri Əhməd Özerin saxlanıldığını bildirib.
CHP başqanı Özgür Özəl Əhməd Özerin saxlanılması ilə bağlı açıqlama verib.
Özerin illərdir ictimai və elmi sahədə yüksək vəzifələrdə çalışdığını qeyd edən Özəlin sözlərinə görə, o, cəmi altı ay əvvəl namizəd olarkən müvafiq orqanlardan təmiz vərəqə alıb.
“İştirak etdiyi seçkilərdə Esenyurt seçicilərinin böyük rəğbətini qazanaraq vəzifəyə gələn alim, fikir lideri və siyasətçiyə münasibət ədalətsizdir və deyilənlər əsassızdır.
Bu hadisələr son bir neçə həftədə baş verənlərdən asılı deyil.
Çirkin oyunu, böyük sui-qəsdi görürük. Biz nə onun bir parçası olacağıq, nə də sizə təslim olacağıq”, - deyə CHP başqanı vurğulayıb.
Murad Məmmədli
***
10:10
Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) Esenyurt bələdiyyə sədri Ahmet Özer terror istintaqı çərçivəsində saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, onun evində və iş yerində axtarış aparılıb.
Təfərrüatlar hələ ki açıqlanmayıb.Report