• Bakı 17° C

    3.95 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Rusiya günəbaxan yağının ixracını artırıb

İQTİSADİYYAT

30 Sentyabr 2024 | 17:27

Rusiya günəbaxan yağının ixracını artırıb

Rusiyadan günəbaxan yağı ixracının ümumi həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28 faiz artaraq 3,8 milyon ton səviyyəsinə çatıb.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Aqroeksport" mərkəzinin analitikləri statistik məlumatları açıqlayıblar.

Məlumata görə, 2022-2023-cü kənd təsərrüfatı ilinin sonunda  ümumilikdə 6,6 milyon ton günəbaxan yağı istehsal edilib. Bu həcmlərin 4,1 milyonu dünya bazarına çıxarılıb.

Rusiya kənd təsərrüfatı məhsullarının əsas idxalçıları Hindistan, Türkiyə və Çindir. Rusiyadan tədarük edilən günəbaxan yağının 35 faizi Hindistana, 14 faizi Türkiyəyə, 13 faizi isə Çinə məxsusdur.

Gülşən Şərif


SON XƏBƏRLƏR