• Bakı 20° C

    3.95 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Sosial şəbəkələrdə yatırım adı altında dələduzluq edən şəxs saxlanıldı

CƏMİYYƏT

30 Sentyabr 2024 | 16:27

Sosial şəbəkələrdə yatırım adı altında dələduzluq edən şəxs saxlanıldı

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə qazanc əldə etmək adı ilə vətəndaşları aldadaraq onların maddi vəsaitlərini ələ keçirən Mirağa Ağayev saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

    O, “Instagram” vasitəsilə tanış olduğu şəxslərə investisiya, yatırım kimi şirnikləndirici, heç bir iqtisadi əsası olmayan vədlər verərək onların pullarını ələ keçirib.

    Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə istintaq hərəkətləri davam etdirilir.

    Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.


    SON XƏBƏRLƏR