• Bakı 17° C

    3.95 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Rusiyanın "Şimal Qütbü-42" stansiyası işə başlayıb

DÜNYA

30 Sentyabr 2024 | 18:08

Rusiyanın Şimal Qütbü-42 stansiyası işə başlayıb

Rusiyanın "Şimal Qütbü-42" driftinq stansiyası Şimal Buzlu Okeanında işə başlayıb.

Bakıvaxtı.az "Kommersant"a istinadən xəbər verir ki, bununla bağlı Arktika və Antarktika Tədqiqat İnstitutunun (AARI) mətbuat xidməti açıqlama yayıb.

Açıqlamaya görə, buz elmi düşərgəsində ilk olaraq meteoroloji laboratoriya fəaliyyətə başlayıb. Daha sonra ilk hava hesabatı materikə göndərilib və bundan sonra drift stansiyasının təntənəli açılışı olub.

"Cərəyanların və küləyin təsiri altında buzda donmuş "Şimal Qütbü" elmi ekspedisiya gəmisi və elmi düşərgənin Qrenlandiya dənizinə doğru hərəkət edəcəyi dəqiqləşib. Fram boğazından açıq suya girdikdən sonra 2026-cı ilin yazında gəmi öz gücü ilə Murmanska qayıdacaq. "Şimal Qütbü-42" ekspedisiyasının elmi proqramına Arktikanın təbii mühitindəki dəyişikliklərin öyrənilməsinə və ekosistemlərin həssaslıq dərəcəsinin qiymətləndirilməsinə yönəlmiş 50-dən çox müxtəlif elmi layihə daxildir. Əldə edilən məlumatlardan gəmiçilik üçün proqnozlaşdırıcı modellərin təkmilləşdirilməsindən ətraf mühitə insanın təsirinin qiymətləndirilməsinə, Şimal Buzlu Okean sularında mikroplastiklərin tərkibinin öyrənilməsinə kimi bir çox sahələrdə istifadə oluna bilər", - açıqlamada vurğulanıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR