• Bakı 7° C

    9.87 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Peskov: "Xüsusi hərbi əməliyyat davam edir"

DÜNYA

30 Sentyabr 2024 | 17:45 | Müəllif: Gülşən Şərif

Peskov: "Xüsusi hərbi əməliyyat davam edir"

"Nüvə doktrinasının yenilənməsinə görə müraciət etməyə ehtiyac yoxdur".

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Kreml rəsmisi Dmitri Peskov deyib.

Rusiya prezidenti Vladimir Putinin Rusiyanın yenilənmiş nüvə doktrinasına dair bəyanatı ətrafında gedən müzakirələri şərh edən Peskova görə, sözügedən sənədə görə həddindən artıq müraciət etməyə ehtiyac yoxdur.

"Bu sənəd son dərəcə vacibdir. Artıq mühüm qərarlar qəbul edilib və müvafiq qaydada rəsmiləşdiriləcək. Xüsusi hərbi əməliyyat davam edir və hər dəfə hansısa əlaqə axtarmağa ehtiyac yoxdur", - deyə Kreml rəsmisi bildirib.

Qeyd edək ki, yeni sənədə əsasən, nüvə dövlətinin dəstəyi ilə hər hansı qeyri-nüvə dövlətinin Rusiyaya qarşı təcavüzü birgə hücum kimi qiymətləndiriləcək.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026