• Bakı 20° C

    3.95 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Qərar qəbul olundu: İsveçrə-İtaliya sərhədi dəyişir

DÜNYA

30 Sentyabr 2024 | 18:15

Qərar qəbul olundu: İsveçrə-İtaliya sərhədi dəyişir

İqlim dəyişikliyinə görə İsveçrə ilə İtaliya arasındakı sərhəd bir neçə metr dəyişəcək.

Bakıvaxtı.az "Son Dakika"ya istinadən xəbər verir ki, bununla bağlı İsveçrə ilə İtaliya arasında yaradılan müştərək komissiya qərar verib.

Qərara əsasən, ilə iki ölkə sərhədinin Alplar hissəsində bir neçə metr dəyişiklik ediləcək. Qərar bəzi nöqtələrdə sərhədin bir neçə metr İtaliyaya doğru dəyişdirilməsini və İsveçrənin ərazisinin genişləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, Alp dağlarının Cervino-Matterhorn bölgəsindəki Rosa Yaylası buzlaqının əriməsi səbəbindən sərhədin dəyişdirilməsi uzun illərdir müzakirə olunurdu.

Gülşən Şərif


SON XƏBƏRLƏR