• Bakı 20° C

    3.95 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Kamran Əliyev Yəmən Baş prokuroru ilə görüşdü

SİYASƏT

30 Sentyabr 2024 | 16:48

Kamran Əliyev Yəmən Baş prokuroru ilə görüşdü

Dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29 sentyabr-2 oktyabr tarixlərində Bakıda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Yəmən Respublikasının Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Ölkələrimiz arasında qədim əlaqələrin mövcudluğu və bu əlaqələrin müasir dövrdə ikitərəfli və beynəlxalq təşkilatlar müstəvisində inkişaf etdiyini bildirən Baş prokuror Kamran Əliyev, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımızın təqdirəlayiq olduğunu vurğulayıb.

    Azərbaycan və Yəmən arasında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan Kamran Əliyev, Yəmən Respublikasının Prokurorluq orqanları ilə münasibətlərin Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) və digər peşəkar platformalarda uğurla inkşaf etdiyini diqqətə çatdırıb.

    BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror, COP29-un iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə əhəmiyyətli bir mərhələ olacağını qeyd edib.

    Yəmən Respublikasının Baş prokuroru səmimi qəbula görə minnətdarlığını bildirərək, eyni dinə mənsub iki dövlət arasında əlaqələrin bütün sahələr üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.

    Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.


    SON XƏBƏRLƏR