• Bakı 16° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0175

Gürcüstanda cəmiyyət iki yerə parçalanıb: Elə Qərb də ikili oynayır

SİYASƏT

30 Oktyabr 2024 | 10:19

Gürcüstanda cəmiyyət iki yerə parçalanıb: Elə Qərb də ikili oynayır

"Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkiləri referenduma bərabər seçkilər idi. Faktiki ortaya çıxdı ki, Gürcüstanda cəmiyyət iki yerə parçalanıb".

Bunu Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert vurğulayıb ki, "Gürcü Arzusu" partiyası 54 faiz səslə çoxluq qazansa da, yekun nəticə cəmiyyətin digər yarısının hakim partiyaya səs verməməsi deməkdir:

"Gürcü ictimaiyyəti iki qütb arasında qalıb. Qərbin ümidi o idi ki, müxalifət də seçkidə 50 faizə yaxın səs toplayacaq və nəticə etibarilə koalisiyalı hökumət qurulacaq. İvanişvili ilə koalisiya hökuməti məsələsində danışığa getməyə hazır idilər. Amma bu, baş tutmadı. Ümumiyyətlə müxalifətin iqtidarla dialoqundan söhbət belə gedə bilməzdi”.

Müsahibimiz qeyd edib ki, Qərbin başqa ümidləri də var idi. Onun sözlərinə görə, məsələ ondadır ki, Gürcüstanda kiminsə küçədən xalqın dəstəyi ilə hakimiyyətə gəlməsi qeyri-mümkündür. Çünki müxalifətin lideri yoxdur.

Zaur Məmmədov: Qərb milyarder Bidzina İvanaşvili ilə razılaşacaq

“Digər ssenari isə Rusiya ilə bağlıdır. 2023-cü ildə Brüsseldə Gürcüstanın Avropa İttifaqına daxil olması üçün qərar verildi. 2010-cu ildə də Ukrayna ilə bağlı da qərar verilmişdi. Xatırladım ki, Mixail Saakaşvili 2013-cü ildə Aİ ilə saziş imzalamaqdan imtina etdi. Nəticədə insanlar küçələrə tökülüşdülər və Rusiyanın məlum müdaxiləsi baş verdi. İndi də eyni ssenarini görə bilərdik. Əgər nəticələr fərqli olsaydı", - deyə Z.Məmmədov əlavə edib.

Analitik hesab edir ki, Qərb milyarder Bidzina İvanaşvili ilə razılaşacaq:

“Hazırda Qərb öz simasını qorumağa çalışır. İndiki şəraitdə seçkiləri tanıdıqlarını söyləyə bilməzlər, çünki müxalifətin onlardan uzaqlaşmasını istəməzlər. Ona görə də Qərb ikili oynayır".

Aydın Baxış


SON XƏBƏRLƏR

29 Oktyabr 2024