• Bakı 27° C

    12.02 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

SAT-SAS-2024" birgə təlimi davam edir

SİYASƏT

28 Noyabr 2024 | 16:36

SAT-SAS-2024" birgə təlimi davam edir

Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə keçirilən "SAT-SAS-2024" birgə təlimində növbəti tapşırıqlar icra olunub.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin planına əsasən, hər iki ölkənin dəniz xüsusi təyinatlı bölmələri kustar üsullarla hazırlanmış partlayıcıların təhlükəsizlik tədbirləri nəzərə alınmaqla zərərsizləşdirilməsi, həmçinin şərti düşmənin hədəf gəmisinə sualtı gizli yaxınlaşaraq xüsusi dəniz minalarının quraşdırılması üzrə tapşırıqları yerinə yetiriblər.

Birgə təlimdə əsas diqqət hərbi qulluqçuların nəzəri biliklərinin artırılmasına, praktiki vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına yönəldilib.


SAT-SAS-2024" birgə təlimi davam edirSAT-SAS-2024" birgə təlimi davam edirSAT-SAS-2024" birgə təlimi davam edirSAT-SAS-2024" birgə təlimi davam edirSAT-SAS-2024" birgə təlimi davam edirSAT-SAS-2024" birgə təlimi davam edir
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Avqust 2026