• Bakı 18° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Gürcü deputat AŞPA-da Azərbaycanla bağlı çağırış etdi

DÜNYA

30 Sentyabr 2024 | 20:15

Gürcü deputat AŞPA-da Azərbaycanla bağlı çağırış etdi

Bəzi avropalı anti-Azərbaycan deputatlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində ölkəmizlə bağlı müzakirələrin aparılmasını istəyib.

Bakıvaxtı.az xəbər verir ki, Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin sədri Givi Mikanadze buna etirazını bildirib.

“Avropa Şurası Parlament Assambleyasının dəyərlərinə uyğun olaraq, hesab edirəm ki, bütün tərəflərin burada olması, iştirak etməsi və yeni seçilmiş parlamentlə birbaşa əlaqələrin qurulması imkanlarını müzakirə etmək lazımdır. Ona görə də mən verilən təklifi şübhə altına almaq istərdim”, - deyən Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının üzvü, Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze, AŞPA-nı dialoq prinsipinə riayət etməyə çağırıb.


SON XƏBƏRLƏR