• Bakı 17° C

    3.95 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

"Toyota", "Mercedes" və "Mazda" 150 min avtomobilini geri çağırıb

İQTİSADİYYAT

30 Sentyabr 2024 | 18:03

Toyota, Mercedes və Mazda 150 min avtomobilini geri çağırıb

ABŞ-da üç böyük avtomobil istehsalçısı olan "Toyota" 42 mindən, "Mercedes-Benz" 27 mindən və "Mazda" təxminən 77 mindən çox avtomobilini geri çağırıb.

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bununla bağlı ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi Administrasiyası (NHTSA) açıqlama verib.

Açıqlamaya görə, "Mazda"da qəza zamanı ön təhlükəsizlik yastıqlarının həddindən artıq güclə açılmasına səbəb ola biləcək proqram səhvi aşkarlanıb. Eyni zamanda "Toyota" və "Mercedes-Benz"də mühərrik idarəetmə blokunun proqram təminatında aşkarlanan səhv mühərrikin həddindən artıq istiləşməsinə və ya dayanmasına səbəb ola bilər. 

Bildirilib ki, sözügedən proqram təminat dilerlər tərəfindən pulsuz olaraq yenilənəcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR