• Bakı 21° C

    4.82 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Deputat vəsiqələri təqdim edilib, komitələr formalaşdırılıb - YENİLƏNİB

SİYASƏT

30 Sentyabr 2024 | 14:56

Deputat vəsiqələri təqdim edilib, komitələr formalaşdırılıb - YENİLƏNİB

VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasının ilk iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim edilib.

    İclasda həmçinin VII çağırış Milli Məclisin ilk iclasında yaradılmış komitələrinin tərkibi formalaşdırılıb, Milli Məclisin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı qəbul edilib, parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb.

    ***

    12:38

    VII çağırış Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament üzvlərinə deputat vəsiqələri təqdim olunub.

    Bakıvaxtı.az xəbər verir ki, deputatlara vəsiqələrini Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edib.

    Mina Mikayılova


    SON XƏBƏRLƏR