• Bakı 20° C

    3.95 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI

CƏMİYYƏT

30 Sentyabr 2024 | 16:00

Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI

"Ölkə başçısı İlham Əliyevin açıqladığı kimi, gələn il Azərbaycanda minimum əməkhaqqı və pensiyalarda artım olacaq. Dövlət sektorunda çalışanların da minimum əməkhaqlarının artırılması proqnozlaşdırılır. Taarif cədvəli ilə əməkhaqqının hesablanmasında büdcə təşkilatlarından maliyyələşən lakin dövlət qulluqçusu olmayan şəxslərin də əməkhaqqında artım olacaq. 2025-ci ilin əvvəlindən etibarən bu sektorda çalışan şəxslərin maaşı artırılacaq".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Teleqraf.com-a iqtisadçı Rəşad Həsənov deyib.

O qeyd edib ki, artımın 10-15 faiz ətrafında olması proqnozlaşdırılır:

“Eyni zamanda minimum əməkhaqqının 400 manata çatdırılması gözlənilir. Əslində bu göstərici, yəni minimum əməkhaqqı 600-650 manat ətrafında olmalıdır. Hökumətin minimum əməkhaqqını orta aylıq əməkhaqqının 60 faizinə çatdırılmaq hədəfi var”.

İqtisadçı hesab edir ki, Azərbaycanda çalışan bir şəxs 2,2 nəfərin ehtiyacını qarşılayır:

 “Ehtiyac meyarı göstəricisi nəzərə alınsa, bu indikator hər iki istiqamətdə hesablandıqda minimum əməkhaqqı təxminən 600-650 manata çatdırılmalıdır. Amma hələlik minimum əməkhaqqının 400 manat ətrafında olacağı gözləntisi var”.

Ekspertin fikrincə, pensiyalar Əmək Pensiyaları Haqqında qanunun tələbinə uyğun olaraq orta aylıq əməkhaqqının artım tempi səviyyəsində yəni, təxminən 8 faiz ətrafında olacaq:

“Minimum pensiya səviyyəsində isə 10-15 faiz ətrafında artımın olması proqnozlaşdırılır. Sözsüz ki, minimum əməkhaqqının artımı digər sektorlara da təsir edəcək. Özəl sektorda da bu göstəriciyə uyğun olaraq əməkhaqqları artırılmalıdır. Çünki minimum əməkhaqqı göstəricisi dövlət və özəl sektoru əhatə edir. Sosial müavinətlərin isə 10-15 faiz bəzi hallarda isə 20 faiz ətrafında artırılması ehtimal edilir. Dövlət qulluğunda çalışanların da əməkhaqqının 10 faiz civarında atırılması gözlənilir”.


SON XƏBƏRLƏR