• Bakı 21° C

    4.82 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Prezident ilk iclasda strateji hədəfləri və milli prioritetləri elan etdi

SİYASƏT

30 Sentyabr 2024 | 13:45

Prezident ilk iclasda strateji hədəfləri və milli prioritetləri elan etdi

Milli Məclisin sentyabrın 23-də keçirilmiş birinci iclasında söylədiyi dərin məzmunlu nitqində dövlət başçısı yaxın illərdə ölkənin inkişaf istiqamətlərini müəyyən etməli olan strateji hədəfləri və milli prioritetləri elan etdi.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova VII Çağırış parlamentin payız sessiyasının ilk iclasında deyib.

Sədr qeyd edib ki, parlament prezidentin irəli sürdüyü vəzifələrin konkret qanunvericilik tədbirlərində təcəssümünü tapması üçün məsuliyyət daşıyır:

"Biz təmin etməliyik ki, dövlətimizin qanunvericilik bazası həm milli prioritetlərimizə uyğun olsun, həm də xalqımızın və dövlətimizin inkişafı üçün möhkəm təməl yaratsın".


SON XƏBƏRLƏR