• Bakı 21° C

    4.82 m/s

  • USD - 1.7

    EUR - 1.8976

    RUB - 0.0182

Narkotikə görə saxlanılan maşında 1,3 kq qızıl tapıldı

HADİSƏ

30 Sentyabr 2024 | 13:10

Narkotikə görə saxlanılan maşında 1,3 kq qızıl tapıldı

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olunub.

Bakıvaxtı.az Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətindən bildirilib ki, Bakı-Şamaxı-Yevlax yolu üzərində yerləşən stasionar postunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

Belə ki, ötən gün Bakı şəhər sakini Mahir Qasımovun idarə etdiyi “KİA” markalı avtomobil sərxoşluğa qarşı aparılan reyd zamanı saxlanılarkən sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə zamanı Mahir Qasımovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.

Bununla yanaşı avtomobilə baxış zamanı oradan xüsusi qablaşdırılmış narkotik vasitə və 1,3 kiloqram qızıl məmulatları aşkar edildiyindən Mahir Qasımov aidiyyəti üzrə ərazi polis orqanına təhvil verilib.


SON XƏBƏRLƏR