• Bakı 16° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8386

    RUB - 0.0174

Azyaşlı övladını öldürməkdə ittiham olunan ataya HÖKM OXUNDU - YENİLƏNİB

HADİSƏ

30 Oktyabr 2024 | 12:10

Azyaşlı övladını öldürməkdə ittiham olunan ataya HÖKM OXUNDU - YENİLƏNİB

Sumqayıtda azyaşlı övladını dənizdə boğaraq öldürməkdə ittiham olunan Türkiyə vətəndaşına hökm oxunub

    Sumqayıtda azyaşlı övladını qəsdən öldürməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Ahmet Yeşilin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

    Hökmə əsasən, Ahmet Yeşil 20 il müddətinə azadlıqdan məhrum olunub.

    ***

    11:58

    Sumqayıtda azyaşlı övladını qəsdən öldürməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Ahmet Yeşilin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

      Prokuror Ahmet Yeşilin 20 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

      Ahmet Yeşil son sözüzndə özünüü təqsirli bilmədiyini, hadisə baş verən zaman özündə olmadığını deyib.

      Qeyd edək ki, bu il martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilib.

      Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

      Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.APA


      SON XƏBƏRLƏR