• Bakı 15° C

    0.3 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

DSX-da müəmmalı əsgər ölümü: Həbs edilən var!

HADİSƏ

29 Noyabr 2024 | 00:47 | Müəllif: Subhan Mahmudov

DSX-da müəmmalı əsgər ölümü: Həbs edilən var!

Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin baş leytenantı Orxan Rzalı həbs olunub.

Bakıvaxtı.az-ın Bakupost.az-a istinadən məlumata görə, onun həbsi həmin hərbi hissədə xidmət edən əsgər Həbib İlham oğlu Orucovun ölümü ilə bağlıdır.

Baş leytenant Orxan Rzalı barəsində məhkəmə tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Araşdırmalar çərçivəsində Hərbi Prokurorluq Orxan Rzalının digər tükürpərdici cinayət əməllərini də aşkarlayıb. Hazırda bu məsələ ilə bağlı istintaq davam edir.

Qeyd edək ki, Həbib Orucov noyabrın 9-da odlu silahdan açılmış atəş nəticəsində ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026