• Bakı C

    8.53 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

"Abzas Media" işində təqsirləndirilənlərlə bağlı YENİ XƏBƏR

HADİSƏ

28 Dekabr 2024 | 13:46

Abzas Media işində təqsirləndirilənlərlə bağlı YENİ XƏBƏR

"Abzas Media" işində təqsirləndirilən Ülvi Həsənli, Sevinc Abbasova, Hafiz Babalı, Məhəmməd Kekalov, Fərid Mehralızadə, Elnarə Qasımova və Nərgiz Absalamova barələrində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər məhkəmə heyətinə etiraz ediblər.

Məhkəmə vəsatəti təmin etməyib, daha sonra məhkəmə istintaqı açıq elan edilib.

Təqsirləndirilən şəxslər jurnalistlərin məhkəməyə buraxılmasının təmin edilməsini istəyib, vəsatət təmin olunub.

Daha sonra prokuror ittiham aktının nəticəvi hissəsini elan edib, ittiham olunan şəxslər özlərini təqsirli bilməyiblər.

Növbəti proses yanvarın 21-nə təyin edilib.

Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra jurnalist Hafiz Babalıya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.


SON XƏBƏRLƏR

28 Dekabr 2024