• Bakı 22° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ov qaydalarını pozanlar saxlanıldı

HADİSƏ

27 Yanvar 2025 | 13:44

Ov qaydalarını pozanlar saxlanıldı

Neftçala rayonu ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Araşdırma zamanı həmin şəxslərin Nefçala rayonu Dördlər kənd sakinləri Ağakişi Quliyev, Yusif Əliyev, Tatarməhlə kənd sakinləri Xəyal Vəliyev, Əfqan Həziyev, Vidadi İskəndərov, Abasallı kənd sakini Vasif Cəbrayılov və Bakı şəhər sakini Nazim Rzayev olduğu müəyyən edilib.

Onlardan ov silahları, qanunsuz ovlanmış bir baş çöl donuzu və çöl quşları aşkar edilərək götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026