• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ordumuzun hərbçisi VƏFAT ETDİ - YENİLƏNİB + FOTO

HADİSƏ

25 Fevral 2025 | 21:46 | Müəllif: Subhan Mahmudov

Ordumuzun hərbçisi VƏFAT ETDİ - YENİLƏNİB + FOTO

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Quliyev Şirxan Söhrab oğlunun ölüm faktı əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

Bu barədə Bakıvaxtı.az-a hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.

 

***21:03

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu Quliyev Şirxan Söhrab oğlunun qəfləti ağciyər-ürək çatışmazlığı səbəbindən vəfat etməsi barədə məlumatı təsdiq edirik.

Faktla bağlı araşdırma aparılır.  

Müdafiə Nazirliyinin  rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə  başsağlığı verir, səbir diləyir.


Ordumuzun hərbçisi VƏFAT ETDİ - YENİLƏNİB + FOTOOrdumuzun hərbçisi VƏFAT ETDİ - YENİLƏNİB + FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026