• Bakı 13° C

    2.56 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Biləsuvarda qəzada xəsarət alanlardan birinin vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB

HADİSƏ

27 Mart 2025 | 15:06

Biləsuvarda qəzada xəsarət alanlardan birinin vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB

Bu gün saat 10:00 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (kişi cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq TƏBIB-dən məlumat verilib.

    Bildirilib ki, 3 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

    "1962-ci il təvəlüdlü şəxsin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir", - məlumatda qeyd edilib.

    ***

    14:15

    Biləsuvar rayonunda minik avtomobilləri toqquşub.

    Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

      Hərəkətdə olan “Vaz 2106” markalı minik avtomobili qarşıya çıxan eyni markalı minik avtomobilinə çırpılıb.

      Qəzada Biləsuvar şəhər sakini 63 yaşlı Bəylər Şirinov və rayonun Əmənkənd kənd sakinləri 51 yaşlı Asif Buludov, 34 yaşlı Elməddin Buludov və 20 yaşlı Fərman Buludov müxtəlif dərəcəli xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

      Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib.

      Faktla bağlı araşdırma aparılır.


      SON XƏBƏRLƏR

      29 Mart 2025