• Bakı 14° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Bakıda maşın bina tikintisi üçün qazılan xəndəyə düşüb, xəsarət alan var - FOTO

HADİSƏ

27 Mart 2025 | 16:53

Bakıda maşın bina tikintisi üçün qazılan xəndəyə düşüb, xəsarət alan var - FOTO

Bakının Yeni Yasamal yaşayış massivində minik avtomobili yaşayış binasının inşası üçün qazılan xəndəyə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi 5A ünvanında yaşayan sakinlər məlumat verib.

Onların sözlərinə görə, hadisə martın 27-də günorta saatlarında baş verib:

“Sürücü maşını arxaya verəndə xəndəyin kənarlarında quraşdırılan dəmir torları görmədiyi üçün aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Qəza yerinə gələn təcili tibbi yardım briqadasının həkimləri yaralıya ilkin müdaxilə ediblər”.

Həmçinin qeyd olunub ki, xəndək təxminən iki ilə yaxındır qazılıb və bu müddət ərzində orada heç bir tikinti işləri aparılmayıb:

“Bu yaxınlarda ətrafda yaşayan yaşlı sakin də gecə vaxtı xəndəyə yıxılaraq qolunu qırmışdı. Ümumiyyətlə, xəndəyin ətrafında heç bir təhlükəsizlik tədbiri görülməyib. Sadəcə, təzəlikcə xəndəyin ətrafına dəmir torlar çəkilib və qaranlıq düşəndə o da görünmür”.


SON XƏBƏRLƏR

30 Mart 2025