Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzasında xəsarət alan ikinci şəxsin kimliyi məlum olub.
Bakıvaxt.az Reporta istinadla xəbər verir ki, o, 1998-ci il təvəllüdlü Vüsal Abdullayevdir.
Qeyd edək ki, hadisə Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, qəza nəticəsində "VAZ 2101" markalı minik avtomobilinin sürücüsü Sabir Niftəliyev xəsarət alıb, avtomobildəki sərnişin, 1961-ci il təvəllüdlü Gülsüm Abdullayeva isə dünyasını dəyişib.
Əlavə edək ki, qəza nəticəsində dünyasını dəyişən G.Abdullayevə V.Abdullayevin anası, S.Niftəliyevin isə həyat yoldaşıdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
14.04
Bu gün saat 12:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bakıvaxtı.az xəbər verir kİ, bu barədə apa-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, 1953-cü il təvəllüdlü şəxsə sağ döş qəfəsinin küt travması, sağ diz oynağının sınıqları və çıxıqlar, sağ saidin və əlin arxa səthinin cırılmış yaraları, 1998-ci il təvəllüdlü (kişi şəxsə sol bazunun küt travması, sıyrılmış yaraları diaqnozu təyin edilib, hazırda hər iki şəxsin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.
"1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə açıqlamada bildirilib.
***
13:25
Cəlilabad rayonunda yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, qəza nəticəsində "VAZ 2101" markalı minik avtomobilinin sürücüsü Sabir Niftəliyev xəsarət alıb, avtomobildəki sərnişin, 1961-ci il təvəllüdlü Gülsüm Abdullayeva isə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***
12:46
Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, arxadan hərəkətdə olan "BMW" markalı maşın irəlidəki 5- BF-101 dövlət nömrə nişanlı, "VAZ2106" markalı avtomobilə çırpılıb. Beləliklə, "VAZ2106" markalı avtomobil işıq dirəyi ilə ağacların arasında sıxılı vəziyyətdə qalıb.
Qəza nəticəsində "VAZ" markalı avtomobildə olan qadın həyatını itirib. Hazırda hadisə yerində polis əməkdaşları araşdırma aparır.
Əli Hüseynov