• Bakı 15° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Şəkidə 16 yaşlı yeniyetmə bıçaqlandı - YENİLƏNİB

HADİSƏ

27 Mart 2025 | 12:16

Şəkidə 16 yaşlı yeniyetmə bıçaqlandı - YENİLƏNİB

Ötən gün Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 2009-cu il təvəllüdlü 1 nəfər (kişi) hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, şəxsə zəruri tibbi xidmətlər göstərilib və əməliyyata götürülüb.

Qeyd olunub ki, hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.

***

09:13

Şəkidə 16 yaşlı yeniyetmə bıçaqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Şəki şəhər ərazisində baş verib.

Belə ki, 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan isə sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxs
polis əməkdaşları tərəfindən saxlanılıb, müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

29 Mart 2025