• Bakı 15° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Əziz Orucova HÖKM OXUNDU - YENİLƏNİB

HADİSƏ

26 Fevral 2025 | 13:40

Əziz Orucova HÖKM OXUNDU - YENİLƏNİB

"Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, "Report"un məlumatına görə, Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, iki il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı Əziz Orucovun iki il altı ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.

***

13:23

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün Səbail rayon məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə Əziz Orucov dövlət ittihamçısı çıxış edib.

Prokuror ona 2 il 6 ay həbs cəzası istəyib.

Xatırladaq ki, Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Bir qədər əvvəl 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə cinayət işinə xitam verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026