• Bakı 13° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

Sabirabad sakini qonşusu tərəfindən bıçaqlandı - YENİLƏNİB

HADİSƏ

28 Mart 2025 | 10:10

Sabirabad sakini qonşusu tərəfindən bıçaqlandı - YENİLƏNİB

Sabirabadda baş verən bıçaqlanma ilə bağlı bir nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

    Məlumata görə, dünən saat 21 radələrində Sabirabad rayon sakini M.Cabbarov aralarında yaranmış mübahisə zəminində tanışı E.Ramazanova kəsici-deşici alətlə xəsarət yetirib. M.Cabbarov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    03.28.2025

    23:17

    Sabirabadda 27 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb.

    Bakıvaxtı.az apa-ya istinadla xəbərr verir ki, hadisə Sabirabad şəhərində baş verib.

      Belə ki, Sabirabad şəhər sakini, 1998-ci il təvəllüdlü Ramazanov Elnur Hümbət oğlu mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.

      Ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilən yaralı sinə və yan nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə əməliyyata götürülüb.

      Faktla bağlı araşdırma aparılır.


      SON XƏBƏRLƏR