• Bakı 19° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Sumqayıtda xəstəxanada ölən şəxsə qoyulan ilkin diaqnoz məlum olub - YENİLƏNİB

HADİSƏ

27 Yanvar 2025 | 11:56 | Müəllif: Qalib İbrahimoğlu

Sumqayıtda xəstəxanada ölən şəxsə qoyulan ilkin diaqnoz məlum olub - YENİLƏNİB

Sumqayıt şəhərində xəstəxanada dərmandan zəhərlənərək öldüyü bildirilən şəxsə qoyulan ilkin diaqnoz məlum olub.

Bakıvaxtı.az “Report”a istinadən xəbər verir ki, Sumqayıt şəhər Psixiatriya Xəstəxanasından verilən məlumata görə, Ramiz Pirqulu oğlu Piriyev 2023-cü il sentyabrın 28-dən etibarən, Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda olub və müalicə alıb.

O, 2025-ci il yanvarın 13-də "Törədici dəqiqləşdirilməyən pnevmoniya. Eksudativ plevrit" diaqnozu ilə Sumqayıt Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasının terapiya şöbəsinə köçürülüb.

***

08:40

Sumqayıtda dərmandan zəhərlənmə olub.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, 1966-cı il təvəllüdlü Ramiz Pirqulu oğlu Piriyev Sumqayıt şəhər Ruhi Əsəb Xəstəxanasında qəbul etdiyi dərman həblərindən zəhərlənib.

    O, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

    Aparılan müalicə və müayinələrə baxmayaraq R.Piriyevin hətatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR