• Bakı 29° C

    9.5 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Slovakiyada hərbi obyektdə PARTLAYIŞ 

HADİSƏ

25 Fevral 2025 | 16:20

Slovakiyada hərbi obyektdə PARTLAYIŞ 

Slovakiyanın qərbində yerləşən Zaqorye hərbi-texniki sınaq institutunun ərazisində partlayış baş verib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, respublikanın xilasetmə xidmətinin nümayəndəsi Danku Tsapakova təcili yardım maşınları və tibbi xilasetmə helikopterinin sınaq institutuna göndərildiyini bildirib.

Polis Zaqoryedə fövqəladə vəziyyət faktını təsdiqləyib. Məlumata görə, azı iki nəfər xəsarət alıb.

Slovakiya baş nazirinin birinci müavini və müdafiə naziri Robert Kaliniak bildirib ki, insident institutun ərazisində təlim atışları zamanı baş verib, iki nəfər yaralanıb.

“Fövqəladə vəziyyətə nəyin səbəb olduğunu hələ dəqiq söyləmək mümkün deyil”, - nazir bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyul 2026