Goranboyda 17 yaşlı qızına bıçaqla xəsarət yetirən ata saxlanılıb.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Goranboy rayon polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən ata 1979-cu il təvəllüdlü Rafiq Cəfərov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
***
23:00
Goranboyda bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.
Kənd sakini 1979-cu il təvəllüdlü Rafiq Cəfərov övladı 2008-ci il təvəllüdlü şərti adı G.C-yə ailə münaqişəsi zəminində bıçaqla xəsarət yetirməkdə ittiham olunur.
Yeniyetmə qıza Goranboy rayon Polis şöbəsində Goranboy rayon MX-nın əməkdaşları tərəfindən ilkin yardım göstərilib, vəziyyəti yaxşıdır.
Faktla bağlı araşdırma aparılır.