• Bakı 17° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Zərərçəkmiş şəxs: Ermənistandan Qarabağa adam və silah daşınırdı

HADİSƏ

25 Aprel 2025 | 16:30

Zərərçəkmiş şəxs: Ermənistandan Qarabağa adam və silah daşınırdı

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Ağalar Əliyev ifadə verib və sualları cavablandırıb.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, zərərçəkmiş şəxs Şuşa şəhərində doğulduğunu, orta məktəbdə ermənilərlə bir yerdə oxuduğunu bildirib.

O, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları olan vaxt hüquq mühafizə orqanlarında çalışdığını deyib.

A.Əliyev “Miatsum hərəkatı” prosesinin 1988-ci ilin fevralında açıq şəkildə başladığını bildirib: “Dedilər ermənilər tələb edir ki, Qarabağ Ermənistana verilməlidir”.

O, vertolyotların Azərbaycanın vaxtilə işğal altında olan ərazilərindən Ermənistana və geriyə hərəkət etməsindən də bəhs edib: “Vertolyotları özüm görmüşəm. Ermənistandan adam da daşınırdı, silah da daşınırdı”.

Zərərçəkmiş şəxs daha sonra dövlət ittihamçılarının, zərərçəkmiş şəxslərin nümayəndələrinin, müdafiə tərəfinin və təqsirləndirilən şəxslərin suallarını cavablandırıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


SON XƏBƏRLƏR